Öldürülən dinc qəzzalıların sayı 34 388-ə çatdı

Öldürülən dinc qəzzalıların sayı 34 388-ə çatdı

İsrail ordusu son 24 saat ərzində Qəzza sektorunda daha 32 günahsız fələstinlini qətlə yetirib.

"Cebhe.info" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qəzza sektorunun Səhiyyə Nazirliyi məlumat yayıb.

Beləliklə də, İsrail ordusunun 7 oktyabrdan bəri havadan, sudan və qurudan davam edən hücumları nəticəsində öldürülən dinc qəzzalıların sayı 34 388 nəfərə çatıb.

Bundan başqa, yaralı mülki Qəzza sakinlərinin də sayı artaraq 77 437 nəfərədək yüksəlib.

Həmçinni minlərlə günahsız qəzzalı da itkin düşüb.

Yaralılar və itkin düşmüş şəxslərin də böyük əksəriyyətini uşaqlar və qadınlar təşkil edir.

Beyt Lahiya bələdiyyə sədri Ala əl-Attar verdiyi açıqlamada İsrailin hücumları nəticəsində Qəzzanın şimalındakı su quyularının 70 faizinin və kanalizasiya nasoslarının yüzdə 50-nin yararsız hala düşdüyünü bildirib.

Ləman İsmayıl

"Cebhe.info"