Hakan Fidan Səudiyyə Ərəbistanına səfər edəcək

Hakan Fidan Səudiyyə Ərəbistanına səfər edəcək

Türkiyə xarici işlər naziri Hakan Fidan 28-29 aprel tarixlərində Səudiyyə Ərəbistanına səfər edəcək.

Bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd olunub ki, nazir Fidan Ər-Riyadda İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Qəzza üzrə yaratdığı Təmas Qrupunun toplantısında iştirak edəcək.

Bundan əlavə, o, səfər çərçivəsində müxtəlif ikitərəfli görüşlər də keçirəcək.

"Cebhe.info"