Azərbaycan Gürcüstandan qoyun idxalını azaldıb

Azərbaycan Gürcüstandan qoyun idxalını azaldıb

Bu ilin I rübündə Gürcüstan Azərbaycana 23,4 min ABŞ dolları dəyərində qoyun (diri) ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 90 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın qoyun ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 992 min ABŞ dolları dəyərində qoyun satıb ki, bu da bir il əvvəlki göstəricidən 72 % azdır. O cümlədən, Qətərə 571 min ABŞ dolları dəyərində və Səudiyyə Ərəbistanına 396 min ABŞ dolları dəyərində qoyun tədarük edilib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricə 44 milyon ABŞ dolları dəyərində qoyun satıb ki, bunun da 14,9 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

"Cebhe.info"