Şəmkirdə bir qəsəbə: Səkkiz kənd qazsız qalıb

Şəmkirdə bir qəsəbə: Səkkiz kənd qazsız qalıb

Şəmkir rayonunun bir qəsəbə, səkkiz kəndində təbii qaz təchizatında fasilə yaranıb.

"Report"un Qərb bürosunun məlumatına görə, görülən texniki işlərlə əlaqədar Şəmkir rayonunun Çinarlı AQPS-dən qidalanan Çinarlı qəsəbəsi, Yeni Həyat, Çaparlı, Əliyaqublu, Düzqışlaq, Təzəkənd, Qarabağlar, Yeniyol və Qədimqala kəndlərində qaz təchizatında fasilə yaranıb.

Adıçəkilən ərazilərdə mayın 25-nə qədər qaz olmayacağı bildirilir.

"Cebhe.info"