40 min turist İsraildə qapalı qalıb

İranın raket zərbələri fonunda ölkənin hava məkanı növbəti xəbərdarlığa qədər bağlandıqdan sonra təxminən 40 min turist İsraildə qapalı qalıb.
"Cebheinfo.az" “Haaretz” qəzetinə istinadən xəbər verir ki, bu barədə İsrail Turizm Nazirliyi məlumat yayıb.
Bildirilir ki, ölkənin hava məkanı bağlandıqdan sonra xaricə getmək istəyənlər yaxtalarla Cənubi Kiprə keçməyə başlayıblar. Lakin bu səfərlər məhdud və çox yüksək qiymətlərlə həyata keçirilir.
Kiçik yaxta sahibləri Hayfa və Askalan kimi sahil şəhərlərində 10 nəfərə qədər qruplar şəklində daşıma işləri aparırlar. Hazırda münaqişədən qaçan bu axına həm xarici turistlər, həm də bəzi israillilər daxil olub.
Məhz iyunun 13-də İsrailin İrana hücumu ilə başlayan hadisələrə görə 100 ilə 200 min arasında israillinin xaricdə qapalı qaldığı da qeyd edilib.
Nigar Hacılı
"Cebheinfo.az"