Aİ Ukraynaya sülhməramlılar göndərməyə hazırdır?

Aİ Ukraynaya sülhməramlılar göndərməyə hazırdır?

"Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya sülhməramlı kontingentin göndərilməsi mövzusunu müzakirə etmək üzrədir".

Cebhe.info xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban "Kossuth" radiosuna müsahibəsində deyib və bu barədə ətraflı danışıb.

“Avropa liderləri ilə danışıqlarda bu məsələ müzakirə ediləcək: Ukraynaya sülhməramlıları göndərək, yoxsa göndərməyək", - deyə Orban bildirib.

Onun sözlərinə görə, bir il əvvəl Avropa ölkələri Ukraynaya öldürücü silahların göndərilib-göndərilməyəcəyini müzakirə etmişdilər: "O vaxt Macarıstan indi olduğu kimi, yenə də "yox"dedi", - deyə macar siyasətçi əlavə edib.

Sevinc Tapdıqqızı
Cebhe.info