Avropadan Ukraynaya dəstək JESTİ

Avropadan Ukraynaya dəstək JESTİ

Avropa enerji assosiasiyası ENTSO-E (Avropa Sistem Operatorları Şəbəkəsi) Ukraynaya idxal güclərini indiki 700 MVt-dan 850 MVt-dək artırmaq qərarına gəlib.

Cebhe.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının saytı yazıb.

Məlumata görə, müvafiq qərar haqqında mətbuat konfransında Avropa komissarı Kadri Simson danışıb.

"Biz Ukraynanın energetika naziri Qaluşenko ilə görüşdük. O, çox çətin məhdudiyyətlərə baxmayaraq, şəxsən burada idi. Biz öz tərəfimizdən Ukraynaya sarsılmaz dəstəyimizi bir daha təsdiqlədik və həmrəyliyimizi növbəti aylarda davam etdirməyin konkret yollarını müzakirə etdik", - Simson deyib.

O əlavə edib ki, məhz bu gün səhər ENTSO-E idxal gücünü indiki 700 MVt-dan 850 MVt-dək artırmaq qərarına gəlib.

"Bu, sadəcə bir addımdır, lakin aydındır ki, bu, irəliləyişdir”, - Simson bildirib.

Sevinc Tapdıqqızı
Cebhe.info