Avropalı rəsmidən gözlənilməz SÖZLƏR

Avropalı rəsmidən gözlənilməz SÖZLƏR

"Washington Post" qəzeti 6 gündən artıqdır davam edən ABŞ və İsrailin hərbi hücumlarına baxmayaraq, İranın idarəetmə strukturunun sarsılmadığını yazıb.

"Cebheinfo.az" xəbər verir ki, İranda hakimiyyətin vəziyyəti ilə bağlı "Washington Post" qəzetinə danışan avropalı və ərəb rəsmilərə görə, ABŞ ilə İsrailin İran miqyasında koordinasiyalı hücumlar başlatmasından bəri Tehranın idarəetmə strukturunda diqqətçəkən heç bir qırılma və ya xalq üsyanı baş verməyib.

Adı açıqlanmayan yüksək rütbəli avropalı rəsmi qəzetə verdiyi açıqlamada İranda rejimin ABŞ və İsrail hücumlarına rəğmən nəzarəti əlində saxlamağa davam etdiyini bildirib. "Sistemdə ən kiçik bir çat və ya qırılma əlaməti belə yoxdur. Heç nə. Sıfır. Nəzarət tam mənası ilə davam etdirilir", - deyə vəziyyəti qiymətləndirib.

Avropalı rəsmi İranın yüksək vəzifəli şəxslərinin sıradan çıxarılması halında belə fəaliyyətini qoruyub saxlayacaq şəkildə dizayn edilmiş liderlik strukturu yaratdığını deyib.  Bildirib ki,  bu struktur sayəsində öldürülən komandirlərin yerini alacaq yeni şəxslər bir neçə gün ərzində vəzifəyə təyin ediləcək.

İranın ABŞ və İsrailin 6 gün əvvəl başlatdığı hücumlara hazırlıqlı girdiyi şərhini verən avropalı rəsmi, beləliklə ilk hücumlardan bir neçə saat sonra qisas cavabına başlanıla bildiyini ifadə edib.

Digər tərəfdən, başqa bir avropalı rəsmi isə Tehranın "düşmənlərinə" qarşı qalib gəlməyin tək yolunun ABŞ və İsraili bezdirmək olduğuna inandığını qeyd edib: "İran dünyanın ən güclü ordusuna qalib gələ bilməyəcəyini bilir, lakin asimmetrik müharibə ilə mümkün qədər zərər vurub ABŞ-ni gərginliyi azaltmağa məcbur etməyi hədəfləyir".

İranın Körfəz ölkələrini prioritet hədəf seçməsinin ABŞ-ni zəiflətmək məqsədi daşıdığını müdafiə edən rəsmi, Tehranın Vaşinqtonu masa arxasına çəkə biləcək ölkələrə təzyiq göstərməyi hədəflədiyini və münaqişə uzandıqca hər iki tərəf üçün getdikcə daha ölümcül hala gələ biləcəyini ifadə edib.

Nigar Hacılı 
"Cebheinfo.az"