Balinalar şəxsiyyət kimi tanınsın - TƏKLİF

Balinalar şəxsiyyət kimi tanınsın - TƏKLİF

Yeni Zelandiyanın yerli lideri balinaların şəxsiyyət kimi tanınmasını tələb edir.

Modern.az NEXTA-ya istinadən xəbər verir ki, ölkənin aborigen əhalisi olan maorilərin kralı Tuheitia Paki Te Ferofero belə təklif irəli sürüb.

O, balinalara insanlarla eyni qanuni hüquqların verilməsini və məməlilərin bir növ kimi qorunması üçün fərd kimi tanınmasını tələb edib.

Yeni Zelandiya daha əvvəl maori xalqı üçün vacib olan çaylar və dağlar kimi təbii obyektlərə hüquqi status verən qanunlar qəbul edib.

"Cebhe.info"