Bu ölkə “UNRWA”-ya 30 milyon avro yardım edəcək

Bu ölkə “UNRWA”-ya 30 milyon avro yardım edəcək

Fransa bu il Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) fəaliyyətinə 30 milyon avro yardım edəcəyini bildirib.

"Cebhe.info" xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Kristof Lemoine bildirib.

Kristof Lemoine Fransa İsrail hakimiyyətinin “UNRWA”-nın Qəzza zolağının şimalına humanitar yardım çatdırmasına qadağa qoymasından təəssüflənib.

Bölgədə aclıqdan ölən mülki vətəndaşların olduğuna diqqət çəkən Lemoine, İsrail səlahiyyətlilərindən qərarlarını yenidən nəzərdən keçirmələrini istəyib.

Lemoine “UNRWA”-nın Qəzzada mülki şəxslər üçün mühüm rol oynadığını vurğulayaraq, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bölgədə humanitar yardıma maneələrin aradan qaldırılmasını tələb edən 2728 saylı qətnaməsinin həyata keçirilməsinə çağırıb.

Fransanın bu il “UNRWA”-nın fəaliyyətlərinə 30 milyon avro töhfə verəcəyini ifadə edən Lemoine bildirib ki, “UNRWA”-nın nifrət və şiddət çağırışlarından uzaq bir anlayışla vəzifələrini yerinə yetirməsi üçün şərait yaradıldığından əmin olaraq bu töhfələri çatdıracağıq.

Nigar Hacılı 
"Cebhe.info"