Bu ölkədə kütləvi ixtisarlar aparılıb

ABŞ-də yerləşən işəgötürənlər tərəfindən elan edilən ixtisarlar mart ayında əvvəlki ayla müqayisədə 60 faiz artaraq 275 240-a yüksəlib, çünki Hökumət Məhsuldarlığı Departamenti (DOGE) hökumət xərclərini azaltmaq üçün federal hökumət işçilərini ixtisar edib.
“Cebheinfo.az” xəbər verir ki, elan edilmiş və ya təsdiqlənmiş ixtisarları izləyən “Challenger, Gray & Christmas” konsaltinq şirkəti mart ayı üçün hesabatını açıqlayıb.Müvafiq olaraq, ABŞ-də fəaliyyət göstərən işəgötürənlər mart ayında 275 240 adamın işdən çıxarıldığını açıqlayıblar.Bu, COVID-19 pandemiyasının təsirli olduğu 2020-ci ilin may ayında 397 016 işçinin işdən çıxarılmasından bəri ən yüksək səviyyə kimi qeydə alınıb.
Bu, həm də rekord üzrə üçüncü ən yüksək aylıq işdən çıxarılma idi.Mart ayında ixtisarlar əvvəlki ayla müqayisədə 60 faiz, keçən ilin eyni dövrü ilə müqayisədə isə 205 faiz artıb.Bu ilin ilk üç ayında ixtisarlar 2024-cü ilin eyni dövrü ilə müqayisədə 93 faiz artaraq 497 052 nəfərə çatıb.Mart ayında ən çox ixtisar dövlət sektorunda baş verib.Bu il işdən çıxarılma səbəbləri arasında "DOGE effekti" birinci yerdə qərarlaşıb. DOGE səbəbiylə ixtisarlar 280 253-ə çatıb, onlardan 216 670-i mart ayında baş verib.
“Challenger, Grey & Christmas” Baş vitse-prezidenti Andrev Challenger də keçən ayın işdən çıxarılma elanlarının DOGE-nin federal hökumətdəki mövqeləri ləğv etmək planlarından təsirləndiyini söyləyib.
Nigar
“Cebheinfo.az”