Bu ölkədə seçkilərin tarixi açıqlanıb

Bu ölkədə seçkilərin tarixi açıqlanıb

İraq hökuməti ümumi seçkilərin noyabrın 11-də keçirilməsinə qərar verib. 

"Cebheinfo.az" xəbər verir ki, İraq Nazirlər Şurası Baş nazir Məhəmməd Şia əl-Sudaninin sədrliyi ilə toplanaraq seçkilərlə bağlı qərar qəbul edib. Bu qərara əsasən, parlament seçkiləri noyabrın 11-də keçiriləcək. İraq Konstitusiyasına görə, ümumi seçkilər dörd ildən bir keçirilməlidir. İraq Yüksək Seçki Komissiyası da seçkiləri qeyd olunan tarixdə keçirməyə hazır olduqlarını açıqlayıb. 

Nigar Hacılı 
"Cebheinfo.az"