Bu ölkələr Ukraynaya qoşun göndərməyə hazırlaşır

Bu ölkələr Ukraynaya qoşun göndərməyə hazırlaşır

Fransa, Almaniya, Britaniya və digər Avropa ölkələri Ukraynada atəşkəs rejiminin təmin edilməsi üçün hərbçilər göndərməyə hazırdır.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Fransanın iqtisadiyyat və maliyyə naziri Antuan Armand məlumat verib.

Onun sözlərinə görə, Ukraynada atəşkəsin təmin olunması üçün ABŞ-nin dəstəyi vacib olacaq.  

Səbinə Uğur
"Cebheinfo.az"