"Çido" qasırğası nəticəsində ölənlərin sayı artıb

Fransanın Hind okeanındakı müstəmləkəsi olan Mayottada “Çido” qasırğası nəticəsində ölənlərin sayı 39-a çatıb.
“Cebheinfo.az” xəbər verir ki, Mayotte Qubernatorluğu həyatını itirənlərin müəyyən edilməsi üçün işlərin davam etdiyini bildirib.
Fransa Daxili İşlər Nazirliyinin açıqlamasına görə, qasırğa nəticəsində 39 nəfər həyatını itirib, 124 nəfər ağır olmaqla 4 min 260 nəfər isə yaralanıb.
“Çido” qasırğasından sonra adada təxminən 15 bölgədə 34 axtarış-xilasetmə əməliyyatı təşkil edilib.
Digər tərəfdən, adadakı ev təsərrüfatlarının 35 faizinə elektrik enerjisinin verilməsi bərpa edilsə də, içməli suyun verilməsində məhdudiyyətlər var.
Xatıradaq ki, “Çido” qasırğası dekabrın 14-də iqlim böhranından mənfi təsirlənən əsas adalardan biri olan Hind okeanında Mayotteni vurub. Sürəti saatda 220 kilometri keçən qasırğa ciddi fəsadlar törədib, bir çox bina və evlər dağılıb.
Əfsanə Rəcəb
“Cebheinfo.az”