Daşqın nəticəsində ölənlərin sayı artdı

Daşqın nəticəsində ölənlərin sayı artdı

Somalidə güclü yağış və daşqınlar nəticəsində ölənlərin sayının 53-ə yüksəlib.

Cebhe.info xəbər verir ki, Somali Fəlakətlərin İdarə Olunması Agentliyinin (SODMA) rəhbəri Mohamud Moallin Abdulle mətbuata verdiyi açıqlamada 1,5 milyon insanın yağış və daşqınlardan zərər çəkdiyini, 5 mindən çox evin dağıldığını bildirib.

Abdulle təbii fəlakət nəticəsində 53 nəfərin həyatını itirdiyini bildirib. Somalidəki fəlakət Hiraan, Bakol, Bay və Gedo bölgələrində təsirli olub. Daşqınlardan heyvandarlıq və əkinçilik sahələri də zərər çəkib.

Son illərin ən şiddətli quraqlığını yaşayan Somali və Keniya iqlim dəyişikliyindən ən çox təsirlənən ölkələr sırasındadır. Keniya həddindən artıq yağışla əlaqədar vətəndaşlarına xəbərdarlıq edib. Daşqınlardan sonra Somalinin bəzi bölgələrində fövqəladə vəziyyət elan edilib.

Nigar Hacılı 
Cebhe.info