Dünya bazarlarında neft cüzi ucuzlaşıb

Dünya bazarlarında neft cüzi ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin may müqaviləsinin dəyəri 0,34% azalaraq 1 barelə görə 73.54 ABŞ dolları təşkil edib.

"Cebheinfo.az"ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin may ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,34% azalaraq 69.41 ABŞ dollarına bərabər olub.

"Cebheinfo.az"