Son 5 gündə Bakıya daşınan sərnişinlərin sayı açıqlandı

Son 5 gündə Bakıya daşınan sərnişinlərin sayı açıqlandı

Son 5 gün ərzində region avtovağzallarından paytaxta 2847 reyslə 25790 sərnişin daşınıb.

Bu barədə "Cebheinfo.az"a AYNA-dan bildirilib.

Bölgələrdən paytaxta sərnişin axınının çox olduğu nəzərə alınaraq, vətəndaşlara biletlərini əvvəlcədən “biletim.az” portalından onlayn qaydada əldə etmələri tövsiyə olunur.

Hazırda portala 80 istiqamət, 51 məntəqə, 311 reys olmaqla, 357 nəqliyyat vasitəsi qoşulub.

"Cebheinfo.az"