Bu şəhərdə bayram namazı 3 dəfə qılınıb

Bu şəhərdə bayram namazı 3 dəfə qılınıb

Yaponiyanın paytaxtı Tokioda bayram namazı sıx iştirak səbəbindən üç dəfə qılınıb.

"Cebheinfo.az" xəbər verir ki, Yaponiyada müsəlmanlar Ramazan bayramını qeyd edirlər.

Paytaxt Tokioda bayram namazı qılmaq üçün səhər saatlarında yüzlərlə müsəlman Tokio məscidinə axışıb.

Məscidin qarşısında uzun növbələr yaranarkən, Tokio məscidi İmam Musa Atcı göstərilən sıx maraq səbəbiylə bayram namazının üç dəfə qılındığını söyləyib.

Nigar Hacılı 
"Cebheinfo.az"