Murad Arif: “Kanal sayı çoxdur, ona görə bazardır”

Murad Arif: “Kanal sayı çoxdur, ona görə bazardır”

Məşhur bəstəkar-müğənni Murad Arif son paylaşımı ilə diqqət çəkib.

“Cebheinfo.az” xəbər verir ki, sənətçi “Facebook” hesabında ölkəmizdə telekanalların çox olmasından gileylənib.

Murad Arif yazıb ki, televiziyamızın cəmi bir problemi var:

“Kanallarımızın sayı çoxdur. Əhalinin sayı üçün, peşəkarların sayına görə, efirdəki özfəaliyyət və özbaşınalıq baxımından, işçilərin maaşları, reytinq rəqabəti, kadr çatışmamazlığı əsnasında kanal sayı bizim ölkəyə görə çoxdur! Ona görə də bazardır. 

Başın tutrsan, dalı gedir.. Hər yetən efirdədir. Kanal açan adam efir saatlarını yalnız müğənnili laqqırtı ilə doldurur. Peşəkarlar da məcburdur çirkinləşməyə...  Əyləncə də, qalmaqal da, musiqi də maraqlı olardı, efir əlçatmaz və bahalı olsaydı. Bu ucuzluqdan daha nə gözləyirsiniz? Olan kanallar profil və formatına görə səciyyələnməli və fərqlənməlidir. Bizdə elə deyil. Birləşməlidir çoxu... Kanal sayı çoxdur”.

Aslan
“Cebheinfo.az”