Səməd Seyidov erməni deputatın görüş təklifini RƏDD EDİB

Deputat Səməd Seyidov Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Sarkis Xandanyanın görüş keçirmək və sülh sazişini müzakirə təklifini rədd edib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə erməni mətbuatı ayzıb.
Məlumata görə, Ermənistan Milli Assambleyasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Sarkis Xandanyan görüşün keçirilməsini və sülh sazişinin müzakirəsini təklif edib. Deputat Səməd Seyidov təklifi rədd edərək Xandanyanı “populist” adlandırıb.
Xandanyan isə təklifinin hələ də qüvvədə olduğunu bildirib.
Xəzər
“Cebheinfo.az”