Fransada genişmiqyaslı etiraz aksiyaları keçiriləcək

Fransada genişmiqyaslı etiraz aksiyaları keçiriləcək

Fransada genişmiqyaslı etiraz aksiyaları keçiriləcək.

“Report” xəbər verir ki, bunu "Milli Birlik" partiyasının lideri Jordan Bardellya Marin Le Penə qarşı hökmün elan edilməsindən dərhal sonra “CNews” telekanalına müsahibəsində bildirib.

"Hesab edirəm ki, fransızlar qəzəblənməlidirlər, biz bu həftə sonu nümayişlər təşkil edəcəyik. Le Penin işi üzrə qərar çıxaran hakimlərə qarşı hər hansı təhdid və təhqir qəbuledilməzdir”, - o qeyd edib.

Xatırladaq ki, dünən Paris məhkəməsi Marin Le Peni Avropa Parlamentinin vəsaitlərindən məqsədyönlü istifadə etməməkdə təqsirli hesab edib. İddia olunur ki, 2006-2016-cı illər arasında Le Pen partiya üçün deputat köməkçilərini saxtakarlıq yolu ilə işə götürüb.

Paris məhkəməsi Marin Le Peni Avropa Parlamentinin vəsaitlərinin mənimsənilməsi işində təqsirli bilərək dörd il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. Məhkəmənin qərarına əsasən, Le Pen bu müddətin iki ilini şərti olaraq, digər iki ilini isə ev dustaqlığında keçirəcək. O, həmçinin 2027-ci il prezident seçkilərində iştirak edə bilməyəcək.

"Cebheinfo.az"