Tolik hamını məhkəməylə hədələyən Nigar Fərhada əsəbləşdi: “Xalqa “xox” gəlirsən?”

“Nigar, səni 15 ildir tanıyıram, amma bu hərəkətini dəstəkləmirəm. Gəmidə oturub gəmiçi ilə dava edirsən. Özün də yaxşı bilirsən ki, 15 ildir Amerikada yaşayırsan və ABŞ vətəndaşısan. Azərbaycana gəlmisən, öz vətənində veriliş aparırsan, dostumuzsan və veriliş çox gözəldir. Amma öz səhvinə görə indi Azərbaycan xalqını hədələmək istəyirsən?”
“Cebheinfo.az” xəbər verir ki, bunu tanınmış aparıcı Tarix Əliyev (Tolik) öz verilişində atasız qızlarla bağlı söylədiyi fikirlərə görə tənqid olunan və onu tənqid edənləri məhkəmə ilə hədələyən aparıcı Nigar Fərhad barədə deyib.
“Niyə? Vəkillər xalqı qoruxdacaq? Səndən, məndən artıq məmurları, böyük aparıcıları tənqid və təhqir ediblər. Camaata necə görünəcək? Bu, nə qədər düzgündür? Sən xalqa xox gəlirsən?”,-deyə o bildirib.
Xəzər
“Cebheinfo.az”