Qurban Qurbanov məşqçilər siyahısında 2-ci sıranı tutdu

Qurban Qurbanov məşqçilər siyahısında 2-ci sıranı tutdu

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bir komandada ən uzun müddət çalışmaqda olan məşqçilərin siyahısında yer alır.

Yenisabah.az “Sporting News”a istinadla xəbər verir ki, 2008-ci ilin avqustunda “Qarabağ”ın baş məşqçisi təyin edilən Qurban Qurbanov siyahıda ikinci yeri tutur. O, 16 il 244 gündür ki, Ağdam klubunun baş məşqçisidir.

İlk pillədə isə Almaniyanın “Haydenhaym” komandasının baş məşqçisi Frank Şmitd qərarlaşıb. 51 yaşlı mütəxəssis 2007-ci ildən bu günə qədər indiki vəzifəni yerini yetirir (17 il 197 gün). Beləliklə, Q.Qurbanovu yalnız bu alman mütəxəssis qabaqlayır.

Siyahıda 3-cü yeri İngiltərənin “Harroqeyt Taun” klubunun baş məşqşisi Saymon Uiver (2009-cu il), 4-cü yeri Andorra millisinin baş məşqçisi Koldo (2010-cu il), 5-ci yeri Lüksemburq millisinin baş məşqçisi Lyuk Holts (2010-cu il), 6-cı yeri isə "Atletiko” Madridin baş məşqçisi Dieqo Simeone (2011-ci il) tutur.

"Cebheinfo.az"