Saçların uzanması üçün bunları yeyin - HƏKİM

Saçların uzanması üçün bunları yeyin - HƏKİM

Saçların uzanması üçün əsas komponent zülaldır. 

Onun gündəlik tələbatı kişilər üçün 56 q, qadınlar üçün 45 qr. təşkil edir. B vitaminləri və dəmir də gözəl saç düzümü saxlamağa kömək edir. 

“Cebheinfo.az”  xəbər verir ki, bu barədə ingilis dietoloq Emer Delaney “Daily Mail”-ə danışıb.

Mütəxəssis deyib ki, zülal orqanizmdə parçalandıqda amin turşuları - saçların uzanması və möhkəmlənməsi üçün həyati əhəmiyyət kəsb edən üzvi birləşmələr əmələ gəlir. Protein təkcə ət və yumurtada deyil, həm də tofu və ya soya kimi bitki qidalarında ola bilər.

"B vitaminləri, xüsusilə folat (vitamin B9) və B12 vitaminləri də hüceyrə metabolizmini və baş dərisinə qan axını təşviq edə bilər",- deyə dietoloq əlavə edib.

Fol turşusu mərcimək, sitrus meyvələri, yaşıl yarpaqlı tərəvəzlər və yumurta kimi qidalarda olur. B12 vitamini heyvan mənşəli qidalarla - ət, balıq, yumurta və süd məhsulları ilə zəngindir.

Sağlam saçlar üçün üçüncü əsas komponent "hüceyrə tənəffüsü" adlanan dəmirdir. Bu metal oksigen atomlarını bağlayır və hemoglobinin bir hissəsi kimi onları ağciyərlərdən bütün toxumalara daşıyır. Oksigen çatışmazlığı hüceyrələrin (saç follikulunun hüceyrələri də daxil olmaqla) "ac qalmasına" səbəb olur və onların bölünməsini çətinləşdirir. Həkim xatırladıb ki, dəmir qırmızı ətdə, zənginləşdirilmiş səhər yeməyi taxıllarında və yaşıl yarpaqlı tərəvəzlərdə olur.

Xəzər
“Cebheinfo.az”