Maşınlar su altında qaldı: Təhsil dayandırıldı

Maşınlar su altında qaldı: Təhsil dayandırıldı

Yunanıstanın Siklad adalarında güclü yağış daşqınlara səbəb olub.

"Cebheinfo.az" xəbər verir ki, Yunanıstanın Siklad adalarının bir hissəsi olan Paros, Mikonos və Sirosda güclü yağışın daşqınlara və dağıntılara səbəb olduğu bildirilir. Parosda bir çox avtomobil su altında qalıb və zədələnib.

Paros, Mikonos, Rodos və Simi adalarında güclü yağış səbəbindən sabah məktəblər bağlanacaq.

Nigar Hacılı 
"Cebheinfo.az"