12 gündə 130 mindən çox sərnişin qatarla səyahət edib

12 gündə 130 mindən çox sərnişin qatarla səyahət edib

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC bayram günlərinin statistikasını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, ADY şəhərətrafı və rayonlararası qatarlarla 130 mindən çox sərnişin daşıyıb.

20-31 mart tarixlərində 132 124 nəfər, o cümlədən:

Abşeron dairəvi dəmir yolu ilə 106 006 nəfər;

Bakı-Ağstafa-Bakı marşrutu üzrə 17 763 nəfər;

Bakı-Balakən-Bakı marşrutu üzrə 4 231 nəfər;

Bakı-Qəbələ-Bakı marşrutu üzrə isə 4 124 nəfər rahat və təhlükəsiz səfər edib.

"Cebheinfo.az"