Gürcüstanda ABŞ qanununun “kopya”sı qəbul edildi

Gürcüstanda ABŞ qanununun “kopya”sı qəbul edildi

Gürcüstan parlamenti ABŞ-də qüvvədə olan FARA (Xarici Agentlərin Qeydiyyatı Aktı) qanununun surəti hesab olunan olan xarici agentlər haqqında qanunu üçüncü və sonuncu oxunuşda qəbul edib. 

Plenar iclasın qərarı parlamentin saytında yayımlanıb.

“Cebheinfo.az” xəbər verir ki, qanunun lehinə 86 deputat səs verib, əleyhinə səs verən olmayıb.

Partiya liderlərinin fikrincə, bu qanun əsl məqsədi ölkədə inqilabi prosesləri dəstəkləmək olan qeyri-hökumət təşkilatlarının xaricdən maliyyələşməsi ilə mübarizədə ötən ilin mayında qəbul edilmiş “Xarici təsirin şəffaflığı haqqında” qanundan daha effektli olacaq. Gürcüstan qanunu Amerika qanunundan fərqli olaraq, fiziki şəxslərə şamil edilmir və yalnız illik gəlir vergisi bəyannaməsi təqdim edilməməsinə görə cərimə nəzərdə tutur. Amerikada qüvvədə olan oxşar qanun 5 ilə qədər həbs cəzasını nəzərdə tutur.

Qanun layihəsinə verilən izahatda qeyd olunur ki, xaricdən maliyyələşən QHT-lərin əksəriyyəti reyestrdə qeydiyyatdan keçməkdən imtina edir, ona görə də qanunvericinin iradəsinin lazımi şəkildə həyata keçirilməsini təmin edəcək qanunun qəbul edilməsi zəruridir. Həmçinin qeyd edilir ki, ABŞ-nin yeni administrasiyası təşkilatların xaricdən maliyyələşdirilməsinin tez-tez müxtəlif ölkələrdə, o cümlədən Gürcüstanda sabitliyin pozulmasının maliyyələşdirilməsinə yönəldildiyini təsdiqləyir. Amerika modelinin analoqunun qəbulu “xarici qüvvələrin dövlət institutlarının fəaliyyətinə təsirini” məhdudlaşdırmaq üçün lazımdır. Gürcüstanın Korrupsiyaya Qarşı Mübarizə Bürosu yeni qanunun icrasına nəzarət edəcək.

Xəzər
“Cebheinfo.az”