Rusiya və Çin XİN başçıları Moskvada danışıqlar aparıb

Moskvada Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrovla Rusiyada rəsmi səfərdə olacaq Çin Kommunist Partiyası Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Van İ arasında danışıqlar keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, danışıqlar zamanı Rusiya və Çinin xarici siyasət idarələrinin rəhbərləri ikitərəfli münasibətlərin mövzularını, o cümlədən ən yüksək və ali səviyyələrdə təmasları, həmçinin beynəlxalq gündəmdəki ən aktual məsələləri, o cümlədən Ukrayna ətrafında böhranın həlli perspektivlərini müzakirə ediblər.
Danışıqların yekununda Sergey Lavrov və Van İ siyasi məsləhətləşmə planı imzalayıblar.
Qeyd edək ki, ÇİN XİN başçısını bu gün Rusiya prezidenti Vladimir Putin Kremldə qəbul edəcək.
"Cebheinfo.az"