“Uzak Şehir”in aktyoru yeni serialda

“Uzak Şehir”in aktyoru yeni serialda

Türkiyənin reytinqləri alt-üst edən serialı “Uzak Şehir”də “Boran” obrazına həyat vermiş Burç Kümbetlioğlunun yeni layihələri bəlli olub.

“Cebheinfo.az” xəbər verir ki, aktyor “Çift Kişilik Oda” serialında çəkiləcək.

O, tezliklə “Now” kanalında yayımlanacaq serialda “Nihat” obrazına həyat verəcək. Burç Kümbetlioğlu bundan başqa “Dehşet Bey” filmində də rol alacaq. Sənətçi layihədə “Batur” obrazını canlandıracaq. Həmin filmin baş rollarında isə Tuba Büyüküstün, Barış Arduç və Musa Uzunlar kimi ulduzlar çəkiləcək.

Elmir 
“Cebheinfo.az”