Rusiyada zənginlərin sərvəti 11,572 milyard dollar artıb

Bloomberg Milyarderlər İndeksinə əsasən, Rusiyanın ən zəngin iş adamlarının sərvəti 2025-ci ilin əvvəlindən 11,572 milyard dollar artıb.
Modern.az xəbər verir ki, bu barədə Bloomberg agentliyinin dərc etdiyi və xüsusilə şirkətlərin səhmlərinin dəyəri əsasında apardığı hesablamada bildirilib.
İndeksə əsasən, ilin əvvəlindən Rusiyanın ən böyük dəmir filizi istehsalçısı Metalloinvest-in səhmdarı Əlişir Usmanov 3,91 milyard dollar qazanıb, onun sərvəti 17,1 milyard dollara çatıb.
Rusiyalı senator Süleyman Kərimovun sərvəti isə 2,3 milyard dollar artaraq 2,3 milyard dollar təşkil edib.
Ən böyük itki NLMK-nın Direktorlar Şurasının sədri Vladimir Lisinə dəyib – onun sərvəti 2,38 milyard dollar azalaraq 23,4 milyard dollar olub.
"Cebheinfo.az"