Gəncədə motosiklet aşıb

Gəncədə yol qəzası baş verib.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, 1992-ci il təvəllüldü E.Hacıyevin idarə etdiyi motosiklet yoldan çıxaraq aşıb. Sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"