Fatimeh Mohacerani: "Tehranın Trampa cavabı ABŞ-a çatdırılıb"

İran ABŞ Prezidenti Donald Trampın məktubuna cavab verib və cavab ABŞ-a çatdırılıb.
Bu barədə İran hökumətinin sözçüsü Fatimeh Mohacerani X–da paylaşım edib.
Fatimeh Mohacerani qeyd edib ki, buna müvafiq olaraq ABŞ-la dolayı danışıqlar gündəliyə daxildir:
“Diplomatik proses davam edir”.
Qeyd edək ki, martın 27-də İran xarici işlər naziri Abbas Araqçi ABŞ Prezidentinin məktubuna cavabın göndərildiyini bəyan edib.
"Cebheinfo.az"