Taxıl istehsalı artacaq

Taxıl istehsalı artacaq

Beynəlxalq Taxıl Şurasının (IGC) məlumatına görə, 2025/2026-cı il mövsümündə dünya taxıl istehsalının 62 milyon ton artaraq 2 milyard 368 milyon tona çatacağı gözlənilir.

“Cebheinfo.az” xəbər verir ki, IGC-nin mart ayı hesabatına görə, dünya taxıl istehsalının 2024-cü ilin iyun / 2025-ci ilin iyul dövründə əvvəlki mövsümlə müqayisədə cəmi 4 milyon ton azalaraq 2 milyard 306 milyon tona çatacağı gözlənilir.

IGC dünya taxıl istehlakının 13 milyon ton artaraq 2 milyard 336 milyon tona, qlobal ehtiyatların isə 30 milyon ton azalaraq 577 milyon tona çatacağını proqnozlaşdırır.

Qlobal istehsalın azalması qarğıdalıda azalma tempinin yüksək olması ilə bağlıdır. Dünya qarğıdalı istehsalının bu mövsümdə əvvəlki dövrlə müqayisədə 14 milyon ton azalaraq 1 milyard 217 milyon tona düşəcəyi gözlənilir. Qarğıdalıdakı bu böyük azalma buğdada 4 milyon ton, soyada isə 22 milyon ton ilə kompensasiya edilir.

Şura növbəti mövsüm üçün istehsal və istehlak təxminlərini də bölüşüb. 2025/2026-cı il mövsümündə dünya taxıl istehsalının 62 milyon ton artaraq 2 milyard 368 milyon tona çatacağı proqnozlaşdırılır.

Gələn mövsümün hesablamalarına görə, buğdada 8 milyon ton artıma baxmayaraq, qarğıdalının 52 milyon ton artaraq 1 milyard 269 tona çatacağı gözləntiləri dünya istehsalının artmasına təkan verir.

Artım gözlənilsə də, dünyada istehlak tələbində artım davam edir. Dünya qarğıdalı istehlakının 25 milyon ton artaraq 1 milyard 263 milyon tona, buğda istehlakının 6 milyon ton artaraq 813 milyon tona, soya tələbatının isə 17 milyon ton artaraq 426 milyon tona çatacağı təxmin edilir.

Bu çərçivədə gələn mövsüm qlobal taxıl istehlakının 33 milyon ton artaraq 2 milyard 367 milyon tona çatacağı gözlənilir, istehsal və istehlak arasındakı bu 1 milyon ton fərq ehtiyatları ildən-ilə tarazlıqda saxlayır.

Nigar
“Cebheinfo.az”