KTM: Bayram tətilində 62 nəfər zəhərlənib

Bayram günlərində (18-31 marta qədər) qida zəhərlənməsi şübhəsi ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım (KTM) şöbəsinə 62 nəfər qəbul edilib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
Məlumatda qeyd olunub ki, həmin şəxslərdə ürəkbulanma, qusma və mədə şikayətləri olub. Müraciət edənlərə zəruri tibbi xidmətlər göstərilib. Ölüm halı qeydə alınmayıb.
"Cebheinfo.az"