Mask uşağın atası olduğuna əmin deyil: Amma 2,5 milyon ödəyib

Mask uşağın atası olduğuna əmin deyil: Amma 2,5 milyon ödəyib

İlon Mask atalığına şübhə etməsinə baxmayaraq, oğlunu dünyaya gətirdiyini iddia edən Eşli Sent Klerə 2,5 milyon dollar ödəyib.

“Cebheinfo.az” xəbər verir ki, dünyanın ən varlı adamı olan Mask 26 yaşlı Eşlinin “Tesla”-nın rəhbərindən dünyaya gətridiyi uşağı dolandırmaq üçün satdığı videoya cavab verən Laura Loomerin tvitinə cavab verib.

Mask uşağın ondan olub-olmadığını dəqiq bilməməsinə baxmayaraq, ona aliment ödədiyini deyib.

"Uşağın mənim olub-olmadığını bilmirəm, amma öyrənməkdən çəkinmirəm. Məhkəmə qərarı tələb olunmur”,- deyə o, “X”-də yazıb. "Dəqiq bilməsəm də, mən Eşliyə 2,5 milyon dollar verdim və ona ildə 500 min dollar göndərdim”, - deyə Mask yazıb. 

Xəzər
“Cebheinfo.az”