Avropa ordusu yaradılır?

Avropa ordusu yaradılır?

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İspaniya hökumətinin Avropa ordusunun yaradılması təklifinə skeptik yanaşdığını bildirib. 

"Cebheinfo.az" xəbər verir ki, Kallas "El Mundo" qəzetinə müsahibəsində 27 ordunun birlikdə işləməsi və bir-biri ilə tam uyğun olmasının vacibliyini bildirib:

"Eyni zamanda, hərbi mobillik də vacibdir, çünki hər bir ölkənin öz hərbi planlaşdırması və müdafiə büdcəsi var. NATO tərkibində bir ordu, Avropa üçün isə ayrı bir ordu yaratmaq düzgün olmazdı çünki bu, təhlükəli nəticələrə gətirib çıxara bilər”. 

Hərbi böhran zamanı ən vacib məsələ – kimin kimə əmr verəcəyidir", – deyə Kallas əlavə edib. Ukrayna münaqişəsinə toxunan Kallas qeyd edib ki, hər hansı bir sülh prosesi Avropanın təhlükəsizliyinə də təsir göstərəcək.

O, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini də istisna etməyib.

Qeyd edək ki, İspaniya hökumətinin rəhbəri Pedro Sançes Avropada sülhün təmin edilməsi üçün Avropa ordusunun yaradılmasının vacibliyini vurğulamışdı. 

Səbinə Uğur 
"Cebheinfo.az"