Hansı sahələrdə kadr çatışmazlığı var?

Hansı sahələrdə kadr çatışmazlığı var?

Böyük Britaniyada hökumət hesabatlarına görə, bir çox peşə sahələri üzrə kadr çatışmazlığı olmasına baxmayaraq, artıq insanlar bu işlərdə çalışmaq istəmir.

“Cebheinfo.az” xəbər verir ki, ölkədə 2023-cü ildə müəllimlik vakansiyalarının cəmi 50 faizi doldurula bilib.

Ən kəskin azalma fizika fənni üzrə müəllimlərin sayında qeydə alınıb. Bildirilib ki, ağır iş yükü, aşağı maaş kimi səbəblər müəllimləri bu sahədən uzaqlaşdırıb.Eyni zamanda, yük maşını sürücülüyü, silahlı qüvvələrdə xidmət, polislik və təmizlik sahəsində də işçi sayı azalır.Mütəxəssislər, bu kadr böhranının həlli üçün işəgötürənlərin iş şəraitini daha cəlbedici etməsi barədə xəbərdarlıq edirlər.

Əfsanə Rəcəb
“Cebheinfo.az”