Putin Kurska getdi

Rusiya Prezidenti Vladimir Putin dünən axşam saatlarında Kursk vilayətinə səfər edib.
Modern.azın məlumatına görə, bu, onun vilayətə nəzarətin bərpa edilməsindən sonra Kurska ilk səfəridir.
Putin qubernator vəzifəsini icra edən Aleksandr Xinşteynlə, eləcə də könüllülərlə görüşüb.
Kremlin mətbuat xidmətinin məlumatına görə, Putin Kurçatov şəhərində Kursk vilayətinin bələdiyyə rəhbərləri ilə görüş keçirib. Bundan əlavə, o, tikilməkdə olan Kursk AES-2-də olub.
Qeyd edək ki, Kursk vilayətində Ukrayna Silahlı Qüvvələri ilə döyüşlər 2024-cü il avqustun 6-da başlayıb. 26 aprel 2025-ci ildə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Vladimir Putinə regionun Ukrayna Silahlı Qüvvələrindən tam azad edilməsi barədə məruzə edib.
"Cebheinfo.az"