"Novruz türk dünyasının ortaq bayramı ola bilər"

“Martın 21-ni Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə Novruz Bayramı Günü elan etməkdən məmnunluq duyacağıq”.
“Qafqazinfo” Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.
O bildirib ki, Novruz bayramı min ildən çox davam edən ortaq mədəniyyət və tarixin, taleyin birliyinin ən mühüm mədəni irsidir:
“21 mart tarixinin bundan sonra Türk Dövlətləri Təşkilatının Novruzu Anma və Qeydetmə Günü elan olunmasından məmnun olarıq. Eyni şəkildə, YUNESKO-nun Səmərqənddə keçiriləcək 43-cü Baş Konfransında dekabrın 15-nin Dünya Türk Dili Günü elan edilməsinin çox böyük əhəmiyyəti olacağına inanırıq”.
"Cebheinfo.az"