ABŞ qitələrarası ballistik raketini sınaqdan çıxarıb - FOTOLAR

ABŞ növbəti dəfə "Minuteman III" qitələrarası ballistik raketini sınaqdan keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə Kaliforniyada yerləşən Vandenberq Hərbi Hava Bazasının komandanlığı məlumat yayıb.
Məlumata görə, raketin uçuş məsafəsi təxminən 6.8 min kilometr təşkil edib.
Sınağın nəticələri barədə isə rəsmi açıqlama verilməyib.
ABŞ bu tip raketləri ildə bir neçə dəfə sınaqdan keçirir. Məqsəd onların texniki vəziyyətini qiymətləndirmək və müasir texnologiyaların tətbiqini yoxlamaqdır.
"Cebheinfo.az"