Sabah Xocalı şəhərinə və Ballıca kəndinə növbəti köç olacaq - FOTOLAR

Sabah Xocalı şəhərinə və Ballıca kəndinə növbəti köç olacaq - FOTOLAR

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prosesi davam edir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, mayın 22-də növbəti mərhələdə Xocalı şəhəri və Ballıca kəndinə sakinlərin köçü həyata keçiriləcək. 

Bu mərhələdə 34 Xocalı sakini öz doğma torpağına qayıdacaq. Ailələr Xocalı şəhəri və Ballıca kəndində dövlətin dəstəyi ilə inşa edilən, tam təmirli evlərə yerləşdiriləcək.

Burada onlar üçün hər cür şərait yaradılıb – su, işıq, qaz, internet bağlantısı, məktəb, tibb məntəqəsi və digər sosial infrastruktur artıq istifadəyə verilib. 

Xatırladaq ki, indiyədək Xocalı şəhərinə 341 nəfərdən ibarət 85 ailə, Xocalının Ballıca kəndinə isə 172 ailə, yəni 811 nəfər köç edib.

“Cebheinfo.az”