Qəzada həyatını itirən qazi imiş - FOTO

Ötən gün Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində baş vermiş ağır qəzada həyatını itirən şəxs Vətən müharibəsi iştirakçısı olub.
“Qafqazinfo”nun məlumatına görə, “Mercedes ML” markalı avtomobilin hərəkətdə olmayan “MAN” markalı yük maşınına çırpılması nəticəsində 1986-cı il təvəllüdlü Rzayev Ruslan İsmayıl oğlu hadisə yerində aldığı xəsarətlərdən keçinib.
R.Ruslan Vətən müharibəsində iştirakına görə bir sıra medallarla təltif olunmuşdu.
Qeyd edək ki, qəza zamanı daha iki nəfər - Ramazan Həsənov və Samiq Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
"Cebheinfo.az"