Baş nazirin müavini Dağıstan rəsmisi görüşüb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev mayın 21-də Dağıstan Respublikası Hökuməti sədrinin müavini Rizvan Qazimaqomedov ilə görüşüb.
Bu barədə Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Azərbaycan və Rusiya arasında əməkdaşlıq çərçivəsində, Rusiya Federasiyasının müxtəlif regionları, xüsusilə də ortaq tarixi və mədəni dəyərlərlə bağlı olan Azərbaycan–Dağıstan münasibətlərinin xüsusi önəm daşıdığı vurğulanıb.
Həmçinin, Azərbaycan və Dağıstan arasında əməkdaşlıq münasibətlərinin ticarət-iqtisadi, nəqliyyat-logistika, sənaye kooperasiyası, kənd təsərrüfatı və aqrar sənaye, eləcə də humanitar sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu.
Görüşdə həmçinin 2023-2025-ci illər üzrə Əməkdaşlığın əsas istiqamətlərinin inkişafına dair Tədbirlər Planının icrası müzakirə olunaraq, əməkdaşlığın genişləndirilməsi məqsədilə perspektivli istiqamətlər üzrə fikir mübadiləsi aparıldı.
"Cebheinfo.az"