Bakıda parklanma məntəqələrinin sayı azaldılıb

Bakı şəhərinin küçələrində fəaliyyət göstərən bir neçə ayrı-ayrı parklanma məntəqəsi birləşdirilərək vahid məntəqə formasında təşkil edilib.
“APA-Economics” xəbər verir ki, artıq paytaxtda küçələrdə bir neçə deyil, bir parklanma məntəqəsi fəaliyyət göstərəcək.
Bununla da paytaxtdakı parklanma məntəqələrinin sayı 2400-dən 690-a endirilib.
Qeyd edək ki, bu dəyişiklik Bakıda ümumi parklanma yerlərinin sayına təsir etməyib, yalnız parklanma məntəqələrinin sayı optimallaşdırılaraq azaldılıb.
"Cebheinfo.az"