Slovakiya Bakıdakı DÇ-də 15 qol vurub qalib gəldi

Bakıda minifutbol üzrə dünya çempionatı davam edir.
"Cebheinfo.az" xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən mundialda daha bir qarşılaşma yekunlaşıb.
D qrupunda Slovakiya və Hindistan yığmaları üz-üzə gəlib. Matç slovakiyalıların 15:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu gün daha 3 matç gerçəkləşəcək. A qrupunda yer alan Azərbaycan millisi saat 20:30-da Bəhreyni sınağa çəkəcək.
DÇ-2025
I tur
A qrupu
20:30. Azərbaycan - Bəhreyn
23:00. Mavritaniya - Sloveniya
B qrupu
Fransa - Çad - 1:0
21:45. Rumıniya - Özbəkistan
C qrupu
Macarıstan - Türkiyə - 1:1
Ukrayna - İngiltərə - 0:4
D qrupu
Bolqarıstan - Portuqaliya - 1:3
Slovakiya - Hindistan - 15:0
"Cebheinfo.az"