Bakıda dünya çempionatı başlayır: Millimiz Bəhreynə qarşı

Bu gün Bakıda minifutbol üzrə dünya çempionatına start veriləcək.
"Cebheinfo.az" xəbər verir ki, ilk oyun günündə 8 matç keçiriləcək.
A qrupunda yer alan Azərbaycan millisi Bəhreyni sınağa çəkəcək. Qarşılaşma saat 20:30-da başlayacaq.
Bu qarşılaşmadan əvvəl mundialın rəsmi açılış mərasimi keçiriləcək, türkiyəli məşhur müğənni Aleyna Tilki və Azərbaycanın Xalq artisti Aygün Kazımova səhnə alacaqlar.
Dünya çempionatı
Qrup mərhələsi
I tur
21 may
A qrupu
20:30. Azərbaycan - Bəhreyn
23:00. Mavritaniya - Sloveniya
B qrupu
09:15. Fransa - Çad
21:45. Rumıniya - Özbəkistan
C qrupu
10:30. Macarıstan - Türkiyə
13:00. Ukrayna - İngiltərə
D qrupu
11:45. Bolqarıstan Portuqaliya
14:15. Slovakiya - Hindistan
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunacaq dünya çempionatı iyunun 1-də başa çatacaq.
"Cebheinfo.az"