Kömək üçün zəng edənlərin 1236-sı kişidir

Kömək üçün zəng edənlərin 1236-sı kişidir

2024-cü ildə Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə 2370 nəfər tərəfindən müxtəlif mövzularla bağlı 2455 müraciət daxil olub.

Müraciət edənlərin 170 nəfəri qadındır.

"Cebheinfo.az" xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında öz əksini tapıb.

Bundan başqa, regionlarda erkən nikah və qohum evliliyinin qarşısının alınması məqsədilə 60 tədbir keçirilib, 1735 nəfər bəhrələnib.

2010-2024-cü illərdə Uşaq Qaynar Xətt Xidmətinə ümumilikdə 75600, 2024-cü ildə isə 3635 zəng daxil olub. Zənglərin 145-i şəhər telefonundan, 2617-si mobil nömrədən, 873-ü sosial platformadan olub.

Müraciətlərin 618-i psixoloji, 290-ı təhsil, 364-ü sosial, 1090-ı hüquqi, 73-ü səhiyyə və 1200-ü digər zənglər olub.

İl ərzində daxil olan zənglərin 1236-sı kişi, 1999-u qadın, 400-ü isə naməlum (anonim) şəxslər tərəfindən edilib. Müraciət edənlərin 2799 nəfəri böyük, 436 nəfəri kiçik, 400 nəfəri naməlum olub.

"Cebheinfo.az"