Ərdoğan da Macarıstana getdi

Ərdoğan da Macarıstana getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Macarıstanın paytaxtı Budapeştə yola düşüb.

"Cebheinfo.az" bu barədə ​“TRT Haber”ə istinadən xəbər verir.

Onu həyat yoldaşı Əminə Ərdoğan, Prezidentin Kommunikasiyalar üzrə direktoru Fahrettin Altun və Prezidentin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç müşayiət edir.

Qeyd edək ki, Ərdoğan Macarıstanda Türk Dövlətləri Təşkilatının Qeyri-rəsmi Zirvə toplantısında iştirak edəcək.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev də hazırda Macarıstanda səfərdədir.

"Cebheinfo.az"