Bəzi aeroportlar müvəqqəti bağlandı

Bəzi aeroportlar müvəqqəti bağlandı

Rusiyada üç hava limanı təhlükəsizlik səbəbilə müvəqqəti bağlanıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Vladimir, İvanovo və Kaluqa hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Sözügedən hava limanları hazırda reysləri qəbul etmir və yola salmır.

Qeyd edək ki, Rusiyanın bəzi ərazilərinə PUA hücumları davam edir. Bu gecə Rusiyanın üç bölgəsində Ukraynaya məxsus 32 pilotsuz uçuş aparatı vurulub.

"Cebheinfo.az"