Kişiyə ayaqqabısını öpdürən qadınla bağlı rəsmi açıqlama - VİDEO

Kişiyə ayaqqabısını öpdürən qadınla bağlı rəsmi açıqlama - VİDEO

Sosial şəbəkələrdə naməlum qadının digər şəxsə qarşı qeyri-adekvat hərəkətlərini əks etdirən görüntüləri yayılıb.

"Cebheinfo.az" xəbər verir ki, bu görüntülər polis tərəfindən araşdırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli qafqazinfo-ya bildirib ki, görüntüdə əks olunan şəxslərin Binəqədi rayonunda yaşayan qonşular olduğu müəyyənləşib:

“Hər iki şəxs əqli qüsurludur. Onların sağlamlıq vəziyyəti nəzərə alınaraq barələrində profilaktik tədbirlər görülür”.

"Cebheinfo.az"